SON XƏBƏR

Jirinovski II Dünya Müharibəsinin başlanmasında Polşanı ittiham etdi

Sentyabr 02
16:00 2019
İkinci Dünya müharibəsinin başlanmasında günahkar Polşadır, çünki o, Almaniyanın müttəfiqi idi.
Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bunu Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski deyib.

"Jozef Pilsudskinin rəhbərlik etdiyi Polşa ötən əsrin 30-cu illərində Adolf Hitlerin ilk müttəfiqlərindən olub. Pilsudski-Hitler pakti hələ 1934-cü ildə imzalanıb. Avropa Hitleri SSRİ-yə qarşı bəsləyib və Polşa Hitleri alqışlayanlar sırasında olub”, - deyə Jirinovski vurğulayıb.

V.Jirinovski bildirib ki, buna görə də bütün dərsliklərdə II Dünya müharibəsinin başlanmasında əsas səbəbkar kimi Polşanın adı yazılmalıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook