SON XƏBƏR

Kamal Kılıçdaroğlu Gəncəyə raket hücumundan yazdı

Oktyabr 17
10:02 2020
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Gəncəyə olunan raket hücumu ilə bağlı yazıb.

Bu barədə "Twitter" hesabında paylaşım edən Kılıçdaroğlu Ermənistanın müharibə cinayəti törətdiyini bildirib.

"Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə hücumları ilə müharibə və insanlıq cinayətləri törədən Ermənistanı qətiyyətlə pisləyirəm. Qardaş Azərbaycan xalqına keçmiş olsun və bir daha təkrar edirəm ki, haqlı işlərində onların yanındayıq",-deyə Kılıçdaroğlu qeyd edib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook