Kamran Əliyev İsmət Qayıbovun oğluna vəzifə verdi
İyun 25
16:33
2020
Baş prokuror Kamran Əliyev kadr islahatları ilə bağlı yeni əmr imzalayıb.
Qeyd edək ki, İ. Qayıbov Azərbaycanın ilk Baş prokuroru İsmət Qayıbovun oğludur. O, 1991-ci il noyabrın 20-də Xocavənd rayonu yaxınlığında bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olub.
Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, K. Əliyevin əmri ilə İsmayıl Qayıbov Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.