SON XƏBƏR

“Kasıblar “kombi“ işlətmir, qiymət artımı onlara təsir etməyəcək“ - Millət vəkili

Dekabr 06
01:15 2019
"Kasıblar "kombi" işlətmir, qiymət artımı onlara təsir etməyəcək" - Millət vəkili"Kommunal xərclərin qiymətlərinin artırılması ölkə əhalisinin böyük əksəriyyətinə təsir göstərməyəcək".

Bunu aznews.az-a açıqlamasında Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib. Onun sözlərinə görə, bu artım Azərbaycanın inkişafına çox böyük töhfə verəcək:

"Dövlət büdcəsinə əlavə maliyyə gətirəcək. Neft şirkətinə, "Azəriqaz" və "Azərişıq" İstehsalat Birliyinin büdcəsinə pul gələcək. Vergilərdə artım müşahidə olunacaq. Nəticədə bunlar da büdcəyə əlavə pul köçürəcək".

R.Quliyev qeyd edib ki, istər rayonlarda, istərsə də Bakı sakinlərinin böyük əksəriyyətində "kombi" istilik sistemindən istifadə etmir: "Elektrik enerjisini də qənaətlə istifadə etmək lazımdır. Bu artımın imkansız və aztəminatlı ailələrə zərbəsi dəyməyəcək".






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook