SON XƏBƏR

Kəmaləddin Heydərova xəyanət edən gömrükçü necə general oldu?

İyul 17
09:13 2019
Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov sələfi Vüsal Novruzovun vaxtında işləyən gömrükçülərə qarşı təzyiqlər edir.

Bununla bağlı AzToday.az-a daxil olan məlumatda iddia olunur ki, Kənan Məmmədov "qılıncının altından keçməyən” Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarını işdən çıxarır. Həmçinin bildirilir ki, Kənan Məmmədov məhz bu işləri Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin tapşırığı əsasında həyata keçirir və idarəni Vüsal Novruzovun adamlarından "təmizləyir”.

Qeyd edək ki, 2018-ci ilin iyun ayının 27-də Vüsal Novruzovun yerinə təyin olunan Kənan Məmmədov gömrük sistemində  fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kadrı kimi tanınıb. Kəmaləddin Heydərovun Gömrük Komitəsinə nəzarət etdiyi zaman işdən çıxarılan Kənan Məmmədovun ondan sonra da "fövqəlnazir”in yanında olub. Daha doğrusu Heydərovun sahib olduğu biznesdə çalışıb. Bu səbəbdən də Səfər Mehdiyevin komitə sədri təyin olunandan sonra Kəmaləddin Heydərovun gömrükdəki əsas adamı sayılan Vüsal Novruzovun Kənan Məmmədovla əvəzlənməsi birmənalı qarşılanmayıb. Çünki Vüsal Novruzov işdən çıxarılandan sonra da Kəmaləddin Heydərova sadiq qalmaqda davam edir. Kənan Məmmədovun isə Kəmaləddin Heydərova dönük çıxdığı üçün yüksək vəzifəyə təyin olunduğu bildirilir…
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook