SON XƏBƏR

Kommunistlər İstanbul seçkisini boykot edəcək

May 07
11:17 2019
Türkiyə Kommunist Partiyası 23 iyunda İstanbulda keçiriləcək təkrar bələdiyyə seçkilərində iştirak etməyəcək.

Qlobal.az xəbər verir ki, partiya Ali Seçki Komissiyasının ötən gün İstanbulda seçkilərin nəticəsini ləğv etməsi ilə bağlı qərara etirazını bildirib. TKP-nin açıqlamasında bildirilir ki, Cümhuriyyət və Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu seçkilərin qalibi olub: "Biz bunu elan etmişik, həqiqəti gizlətmək üçün istənilən yanaşma səhvdir".

Qeyd edək ki, 31 martda baş tutan seçkilərdə TKP namizədi Zəhra Güner Qaraoğlu 40 min 492 səs toplayıb. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook