Koronavirusun daha təhlükəli növü aşkarlandı
Dekabr 24
05:47
2020
Böyük Britaniyada koronavirusun mutasiya edilmiş daha bir variantı aşkarlanıb.
"Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə krallığın Səhiyyə naziri Mett Henkok bildirib.
"Bu, daha yoluxucu virusdur və görünür, yeni virusdan daha çox mutasiya edib", - məmur jurnalistlərə deyib.
London Cənubi Afrika ölkəsinə səfərlərə məhdudiyyətlər, iki həftəlik icbari karantin tətbiq edib.
Daha əvvəl – dekabrın 14-də Mett Henkok İngiltərənin şərqində koronavirusun yeni növünün aşkar edilməsi haqqında bildirib. Onun sözlərinə görə, bu növ 70 faiz daha çox yoluxucudur.