SON XƏBƏR

Koronavirusun uşaqlar üçün yeni fəsadları aşkarlandı

İyul 07
10:09 2020
Koronavirusa yoluxmuş uşaqlarda mərkəzi və periferik əsəb sistemləri ilə bağlı nevroloji fəsadlar meydana çıxır.

"Report" "JAMA Neurology" jurnalına istinadən xəbər verir ki, belə bir nəticəyə Londonun məşhur Qreyt Ormond-strit Uşaq Xəstəxanasının mütəxəssisləri gəlib.

Jurnalda dərc edilmiş tədqiqatda bildirilir ki, həkimlər xəstəxanaya yerləşdirilmiş uşaqların vəziyyətini təhlil ediblər və bir çox pasiyentlərdə iltihablı sindrom aşkarlayıblar.

Belə fəssadların aşkarlandığı iyirmi yeddi pasiyentdən dördündə ensefalopatiya, baş ağrıları, beyin problemləri, əzələ zəifliyi və reflekslərin azalması müşahidə olunub.

Bundan başqa, beynin maqnit-rezonans tomoqrafiyası zamanı korpus kallosumun qalınlaşmasında dəyişikliklər də aşkarlanıb. Qeyd edilir ki, virusun digər fəsadları da mövcuddur.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook