SON XƏBƏR

Kremldən Ermənistana Qarabağ razılaşması ilə bağlı çağırış

Fevral 27
02:05 2021
"Ermənistan Azərbaycanla müharibədən sonra əldə edilən Dağlıq Qarabağ razılaşmasına riayət etməlidir”.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Dağlıq Qarabağ razılaşmalarının tətbiqinə yönəlmiş hər hansı bir təhdid görmürük. Ermənistandakı proseslərə rəğmən, Dağlıq Qarabağ razılaşmalarının tətbiqinə davam edilməsi vacibdir”, - o qeyd edib.

Peskov dünən Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya lideri Vladimir Putinə zəng etməsinə də toxunub:

"Telefon danışığı ilə bağlı bizim tərəfimizdən yayımlanan mətni diqqətli təhlil etdinizsə, Putinin Ermənistandakı problemlərin qanunlar çərçivəsində həlli lehinə danışdığını görə bilərsiniz. Bu ifadə çox vacibdir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook