SON XƏBƏR

Kürdəmirdə "deputat sancağı"nı yaxasına kim taxacaq? - Yuxarıdan təsdiqləndiyi deyilir

Yanvar 19
21:44 2020
Azərbaycanda fevral ayının 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin təşviqat-təbliğat kampaniyasının 2-ci günü geridə qalmaqdadır. 
 
Dairələrdə əksər namizədlər seçiciləri ilə görüşlərə başlayıblar. 
 
Bu seçkidə də Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülən şəxslər favorit hesab olunsalar da, bəzi dairələrdə seçicilərin və ölkə ictimaiyyətinin tanımadığı, fəaliyyətinə bələd olmadığı sürpriz namizədlər var. Maraqlı olan isə budur ki, bu cür sürpriz namizədlərin bəzilərinin 100 faiz deputat mandatı qazanacağı deyilir. 
 
Qlobal.az-ın əldə etdiyi məlumta görə mandat əldə edəcəyi şübhə doğurmayan namizədlərdən biri də 57 saylı Kürdəmir Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Ağazadə Əminə Həmid qızıdır. Onun hüquqşünas olduğu bildirilir.
 
Qeyd edək ki, bu dairədən YAP-ın rəsmi namizədi Qəribov Nizami İsməli oğludur. 
 
57 saylı Kürdəmir Seçki Dairəsində deputat seçilmək şansı yüksək dəyərləndirilən namizədlərdən bir də keçmiş deputat Fərhad Qəribovun oğlu Rəşad Qəribov sayılır. Rəşad Qəribovun eyni zamanda YAP-ın namizədi Nizami Qəribovun əmisi oğlu olduğu deyilir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook