SON XƏBƏR

Laçınlı gənclər arasında “Qədim Milli Xalq İdman Oyunlarının təbliği” mövzusunda təlim keçirilib

Dekabr 04
19:03 2019
Laçın Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi 30 noyabr 2019-cu il tarixində Taxta körpü qəsəbəsində "Qədim Milli Xalq İdman Oyunlarının gənclər arasında təbliği” mövzusunda təlimini keçirtdi.

Laçın rayonu, Taxta körpü qəsəbəsində keçirilən təlimdə Laçın Rayon Gənclər və İdman idarəsinin rəisi Mustafayev Natiq Məhyəddin oğlu, Mədəniyyət Nazirliyinin Ağcabədi Regional Mədəniyyət İdarəsinin Laçın rayonu üzrə nümayəndəsi Əliyev Asif Camal oğlu və 40 nəfərə yaxın gənc iştirak etmişdir.

Tədbiri Laçın Rayon Gənclər və İdman idarəsinin rəisi Mustafayev Natiq Məhyəddin oğlu açaraq Donor və İctimai Birlik haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Bildirdi ki, hər bir milləti dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri həmin xalqın adət-ənənələri və milli-mənəvi dəyərləridir. Bu baxımdan qloballaşan dünyada mədəniyyətlərin bir-birinə inteqrasiya etdiyi bir vaxtda o xalq yaşayacaq ki, o öz adət və ənənələrinə, milli dəyərlərinə sahib çıxsın, qoruyub saxlasın və gələcək nəsillərə ötürə bilsin.

Natiq qeyd etdi ki, adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolunun yüksək qiymətləndirən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev demişdir "Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir”. Bu baxımdan təlimin aktual və vacib bir mövzuya həsr olunduğunu qeyd etmək olar. Xalqların zəngin, özünəməxsus və maraqlı folklor nümunələrindən olan qədim xalq idman oyunlarının gənclər arasında təbliğ olunmasını tədqirəlayiq haldır. Xalqımızın müxtəlif dövrlərdə adət-ənənələrini özündə yaşadan bu oyunların bəziləri nəsildən-nəslə keçərək bu günümüzədək gəlib çıxmışdır. Bu oyunlara Zorxananı, Alpaqutu, Milli güləşi, Gücsınamanı, Daşqaldırma və s. misal göstərmək olar. Bu oyunların bəziləri üzrə Avropa və Dünya çempionatları keçirilir. Dirədöymə, Xıy-xıy, Çalağançardagı, Nərd və Çövkən üzrə Respublika yarışları təşkil edilir. Bunlarla yanaşı bəzi oyunlar artıq unudulmaq üzrədir. Onun üçun də qədim xalq idman oyunlarımızı dərindən öyrənib və gənclər arasında təbliğ etmək lazımdır. Bu məqsədlə bölgələrdə gənclər arasında bu cür təlimlərin keçirilməsini tədqirəlayiq hal kimi qiymətləndirirəm və hesab edirəm ki, xalqımızın milli dəyərlərinin bir hissəsi olan bu oyunları yaşatmalıyıq.

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin Ağcabədi Regional Mədəniyyət İdarəsinin Laçın rayonu üzrə nümayəndəsi Əliyev Asif Camal oğlu da Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və əsrarəngiz təbiətə malik olduğunu vurğulayaraq, qədim xalq idman oyunlarımızın unudlulmaması, bu oyunlara sahib çıxmaq, onları dərindən öyrənib və gənclər arasında təbliğ edilməsinin vacibliyini qeyd etdi. Natiq bildirdi ki, bu oyunların bəzisi dirədöymə, çilingağac, çalağançardagı, xıy-xıy və s. mənim gənclik dövrümdə, yəni 60-70 -ci illərdə çox papulyar idi. Demək olar ki, o dövrün gəncləri bir yerə toplaşaraq bu oyunları tez-tez oynayardılar.Çox təssüflər olsun ki, indi bunun şahidi olmuruq. Bizlər çalışmalıyıq ki, milli dəyərlərimizin bir hissəsi olan bu oyunları dərindən öyrənək, qoruyub saxlayaq və gələcək nəsillərə ötürək.

Sonda söz təlimçiyə verildi. Layihənin təlimçisi Rasif Qaçayev tədbir iştirakçılarına Milli Xalq İdma Oyunları haqqında geniş məlumat verdi.

Tədbirdə iştirak edən gəncləri maarifləndirmək məqsədilə onlara buklet paylanıldı, üzərində Fondun və Birliyin loqoları əks olunan köynəklər verildi. İştirakçılar sorğu anketlərindəolan sualları cavablandırdılar.

Tədbirin sonunda gənclərə sertifikatlar paylanıldı.

İnterPosta.info


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook