SON XƏBƏR
  • Millimiz Moldovaya qalib gəldi2020-ci ildə təşkil olunacaq futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.  Qaynarinfo xəbər verir ki, Joze Alesio Da Silva..
  • 72 yaşlı icra başçısı da yola salınırSon günlər hakimiyyətdə sürətli kadr islahatları aparılmaqdadır.    Prezident İlham Əliyevin apardığı kadr islahatları əsasən yaşı 70-i ötmüş, uzun illərdir müxtəlif vəzifələrdə çalışmış m..
  • Daha bir korrupsiya yuvası ləğv ediləcək"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ləğv ediləcək. Bu barədə Qaynarinfo-ya etibarlı mənbədən məlumat daxil olub.  Məlumata görə, sözügedən səhmdar cəmiyyətin "Azərsu" ASC-yə birləşd..
  • “Nar” “Canlı kitab” sosial layihəsinə başlayıbSosial əhəmiyyət daşıyan layihələrdə fiziki məhdudiyyətli şəxslərə hər zaman dəstək göstərən "Nar”, "Radio Antenn" 101 FM-lə birgə "Canlı kitab” layihəsinə start verib. Layihə çərçivəsində dünya və Az..
  • Ramiz Mehdiyev AMEA prezidenti olduOktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilir. Qlobal.az xəbər verir ki, tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatların..
  • Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib və ona "Heydər Əliyev” ordenini təqdim edib.   Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti mə..
  • Prezident Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edibAkademik Ramiz Mehdiyev "Heydər Əliyev” ordeni ilə təltif edilib. APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. R. Mehdiyev Azərbaycan Respublikasın..
  • Prezident Təhlükəsizlik Şurasının tərkibini dəyişdiPrezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişikli..
  • Prezident İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib. Qlobal.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentin..
  • Prezident Ramiz Mehdiyevi vəzifəsindən azad etdiPrezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Qlobal.az xəbər verir ki, sərəncamd..

Lənkəranda heyvanlar kütləvi şəkildə qırılır - Qəribə xəstəlik

Sentyabr 19
10:31 2019
Lənkəranda fərdi təsərrüfatda xırdabuynuzlu heyvanlar tələf olur.

Qlobal.az APA-ya istinadən xəbər verir ki, rayonunun Digah kəndində fərdi təsərrüfatlardan birində xırdabuynuzlu heyvanlar xəstəliyə yoluxandan sonra dırnaqları uzanır, soyulur və çürüyür. 

Daha sonra heyvanlar bir neçə gün oturaq vəziyyətdə qaldıqdan sonra tələf olurlar. Təsərrüfat sahibi İxtiyar Qasımov deyir ki, 4 il ərzində yayılan xəstəlik nəticəsində 150-yə qədər qoyunundan cəmi 23-ü qalıb. Baytarlar müəyyən tədbirlər görsələr də, heç bir təsiri yoxdur. Xırdabuynuzlu heyvanların kütləvi şəkildə tələf olması təsərrüfatçıları çox narahat edir. Yoluxucu xəstəliklərin insanlara və ya təsərrüfatda saxlanılan digər cins heyvanlara keçməsindən ehtiyat edirlər.

Lənkəran Rayon Baytarlıq İdarəsindən APA-ya problemlə bağlı yeni xəbər tutduqlarını bildiriblər. Xəstəliyin elmi adının nə olduğunu soruşduqda isə rayonun baş baytarı Əzizağa İsgəndərov bildirdi ki, ilk olaraq götürülən nümunələr laboratoriyada sınaqdan keçirilməlidir. Amma orada infeksiyadan söhbət gedə bilməz. Dırnaq çürüməsi mikrobakterioz xəstəliyindən ola bilər. Bu xəstəliyə uyğun peyvənd isə baytarlıq idarəsinə verilmir. Lənkəran rayonunda havaların yağmurlu və rütubətli keçməsi ilə əlaqədar olaraq həmin xırdabuynuzlu heyvanlarda dırnaq xəstəliyinə təsadüf edilir. Dırnağı yara olmuş, zədələnmiş heyvan ayaqları üstə dura bilmir, qida məhsullarını qəbul etməkdə çətinlik çəkir və nəticədə tələf ola bilir. Bu heyvanlar baytarlıq idarəsinin nəzarətindədir, yaxın günlərdə xəstəlik ləğv ediləcək. 

İdarə rəisi həmçinin əlavə etdi ki, heyvanlar vaxtlı-vaxtında peyvənd edilir və rayonda epizootik vəziyyət sabitdir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook