SON XƏBƏR

Lerik rayon İcra Hakimiyyətinin binasında yanğın baş verib

May 02
20:38 2020
Lerik rayon İcra Hakimiyyətinin inzibati binasında yanğın baş verib. 
 
Bu barədə Qlobal.az-a Lerik rayonundan məlumat veriblər. 
 
Hadisənin hansı səbəbdən baş verdiyini öyrənmək üçün Lerik rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması  şöbəsinin müdiri Habil Məlikovla əlaqə saxladıq. 
 
Habil Məlikov yayılan xəbərin qismən doğru olduğunu bildirərək, rayon İcra Hakimiyyətinin inzibati binasının birinci mərtəbəsində qısaqapanma olduğunu dedi. 
 
H.Məlikovun sözlərinə görə anbar otağında baş verən hadisə qısa zaman ərzində aradan qaldırılıb. 
 
Hadisə zamanı xəsarət alan olmayıb. 

Qlobal.Az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook