SON XƏBƏR

Litvada prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb

May 13
00:56 2019
Mayın 12-də Litvada keçirilən prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb.

TASS xəbər verir ki, təxminən 2 min seçki məntəqəsi yerli vaxtla saat 20:00-da bağlanıb. Seçkilərdə 2,4 milyondan çox seçicinin iştirak etdiyi bildirilir.

Qeyd edək ki, prezidentlik postu uğrunda 9 namizəd mübarizə aparır. Ekspertlərin fikrincə, iqtisadçı Qitanas Nauseda, sabiq maliyyə naziri İnqrida Şimonite və Baş nazir Saulius Skvernelis seçkilərdə favorit hesab olunurlar.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook