SON XƏBƏR

Livandakı səfirimiz idmançımızın nəşi üçün anasından 40 min manat istəyib - Sensasion səs yazısı

Sentyabr 01
17:11 2017
"Azərbaycanın Livandakı Səfirliyinə istinadən bildiririk ki, Azərbaycan vətəndaşı, 06.02.1994-cü il təvəllüdlü Əliyev Xəzər İntiqam oğlu avqustun 25-də saat 05.30 radələrində Livanın Beyrut şəhərində avtomobillə vurulub. Hadisə yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsində baş verib”.
 
Bu barədə XİN-in mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunub ki, Xəzər Əliyev hadisəni törədən şəxsin iştirakı ilə təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya çatdırılıb və ona ilkin yardım göstərilməsinə baxmayaraq, həmin gün saat 11.00 radələrində ölüb.
 
Mərhumun üzərində olan pasport sənədi əsasında Beyrut şəhər polisi Azərbaycan səfirliyi ilə əlaqə saxlayıb: "Dərhal səfirliyin konsulluq xidmətinin əməkdaşları xəstəxanaya gedib, polis və tibb işçiləri ilə birlikdə cənazəyə baxış keçirilib və mərhumun şəxsiyyəti müəyyənləşib. Səfirlik tərəfindən XİN-nin Konsulluq İdarəsinin təlimatı əsasında zəruri tədbirlər görülüb, ilk növbədə mərhumun ailəsinə məlumat verilib və faktla bağlı cinayət işi açılması təmin edilib”.
 
Məlumatda bildirilir ki, Livanda olduğu müddətdə Xəzər Əliyev səfirlikdə konsulluq qeydiyyatında olmayıb. Onun səyahət sığortasının da olmadığı bildirilir.
 
Xəstəxana göstərilən tibbi xidmətin müqabilində ödəməni tələb edir.
 
"Digər ölkələrdə olduğu kimi, büdcə təşkilatları olan Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin büdcəsində bu kimi hallar üçün büdcə vəsaiti nəzərdə tutulmayıb. Azərbaycanın Livandakı səfirliyi Beyrut polisi, xəstəxana, hadisəni törədən şəxs və onun vəkili ilə təmasları davam etdirərək cənazənin Azərbaycana göndərilməsinin təmin edilməsinə çalışır. XİN-nin Konsulluq İdarəsi məsələni diqqətdə saxlayır”, – deyə mətbuat xidmətindən bildirilib.
 
Azərbaycanlı idmançı Xəzər Əliyev Livanda yol qəzasında ölüb.
 
Enter.News xəbər verir ki, bu barədə məlumatı idmançının dostları Feysbukda yayıb.
 
Dostları bildirib ki, MMA döyüş idman növü ilə məşğul olan Xəzər Əliyev 4 gün əvvəl Beyrut şəhərində dünyasını dəyişsə də, onun meyitinin ölkəyə gətirilməsi problemə çevrilib:
 
"Hazırda meyit Beyrut şəhər morqunda saxlanılır”.
 
İdmançının dostları bildirib ki, onun nəşinin Azərbaycana gətirilməsi üçün yüksək məbləğdə pul tələb olunur:
"12 min dollar əməliyyat pulu, 7-8 min dollar da meyitin göndərilməsi üçün pul istəyirlər”.
 
Qeyd edək ki, X.Əliyev Naxçıvanın Şərur rayonunda anadan olub.
 
***
 
AZXEBER.COM idmançının anasının Livandakı səfirlik əməkdaşı ilə söhbətinin səsyazısını əldə edib. Çarəsiz ana diplomatların meyidə görə rüşvət tələb etdiyini deyib: "Xəzərin meyiti 3 gündür ki, morqda qalıb. Hələ utanmaz-utanmaz siz məndən 40 min dollara yaxın pul istəyirsiz ki, meyiti göndərəsiz. Heç utanmırsız? Bəs siz nəyə görə orada çalışırsız? Səlahiyyəti və imkanı olan şəxslərdən xahiş edirik, bu məsələdə yardımlarını əsirgəməsinlər. Mən dövlət işində çalışıram, o qədər pulu hardan tapım? Mən sadəcə oğlumun meyidini istəyirəm.”
 
Qeyd edək ki, Azərbaycanın Livandakı səfiri Ağasəlim Şükürovdur.
 
Həmin səsyazını təqdim edirik:
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook