SON XƏBƏR

Ölkədə koronavirusun pik həddə çatma vaxtı hesablanır (RƏSMİ)

Aprel 02
13:55 2020
"35 min testin aparılması bu sayda insanın test olunması demək deyil. Hər karantində olan şəxs iki dəfə, sağalanlar ən azı üç-dörd dəfə yoxlanılır”. 

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, epidemiyanın statistikasını aparan mütəxəssislər var:

"İlk gündən qərargahda bu işlə məşğul olan elmi işçilər, statistika aparanlar var. Həmin şəxslər respublikada virusun inkişafının stimulyasiyası ilə məşğul olur. Yəqin ki, bu, yaxınlarda açıqlanacaq. Hazırda mütəxəssislər ölkədə virusun nə vaxt pik həddə çatması üzərində işlər aparırlar”.
 
Oxu.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook