SON XƏBƏR

Mahaçqalada tankerdə partlayış: ölənlər və yaralananlar var

İyun 11
11:58 2019
Mahaçqala dəniz limanında tankerdə baş vermiş partlayış nəticəsində üç nəfər həyatını itirib.

Bu barədə TASS "Rosmorreçflot”un mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Üç nəfərin meyiti tapılıb – ölənlər gəmidə olmuş dənizçilərdir”, - deyə agentliyin müsahibi bildirib.

"V.F.Tanker № 16” tankerinin göyərtəsində ümumilikdə 12 nəfərin olduğu deyilir. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər xəsarət alanlardan birinin vəziyyətini çox ağır kimi qiymətləndirirlər. Onun bədəninin 95 faizi yanıb.

Qurumdan bildiriblər ki, hazırda hadisə yerinə fövqəladə hallar xidmətinin əməkdaşları cəlb olunub, tankerin yaşayış hissəsi yanır. Yanğını hələlik lokallaşdıra bilməyiblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook