SON XƏBƏR

Marneulinin azərbaycanlı meri saxlanılıb

İyun 13
11:38 2018
Gürcüstanın Marneuli şəhərinin azərbaycanlı meri Temur Abazov saxlanılıb

"Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, onun saxlanılmasına səbəb kimi sakinlərlə pis rəftarı göstərilir.

Gürcüstanın Baş Prokurorluğunun Borçalı-Kvemo Kartli bölgəsi üzrə Şöbəsi məsələ ilə bağlı istintaq aparır. Bildirilib ki, bu yaxınlarda Tbilisidə keçirilən etiraz aksiyasında bir kişi Gürcüstandakı hakim "Gürcü arzusu” Partiyasının sədri, milyader Bidzina İvanişvili və Marneuli şəhər meri Temur Abazovu təhqir edən zaman çəkilən video yayılıb. Bir müddət sonra həmin adamın aşağılayıcı münasibətin qurbanı olması barədə video material paylanıb. Bu material yayıldıqdan sonra hüquq-mühafizə orqanları T.Abazovu saxlayıblar.

Qeyd edək ki, Marneulinin əhalisinin çoxu Azərbaycan türkləridir. Mer Temur Abazov azərbaycanlıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook