SON XƏBƏR

Məcburi köçkünlər Bakıda yolu bağladılar - Evlərin qanunsuz paylanmasına və pulla satılmasına etiraz + VİDEO

Dekabr 25
15:44 2017
Bu gün səhər saatlarında bir qrup məcburi köçkün akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısından keçən Cavadxan küçəsini bağlayıb.
 
Qlobal.Az "ölkə.az"a istinadən xəbər verir ki, məcburi köçkünlərin yolu bağlamasına səbəb onlara verilən evlərin pull satılması və adam sayına uyğun olmayan bölgü olub.
 
Evlərin pulla satılmasına və adam sayına uyğun olmyaraq aparılan bölgüyə etiraz edərək, Binqədi rayon, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində məskunlaşmış qaçqın və məcburi köçkünlər Cavadxan küçəsini bağlayıb. Hadisə yerinə Binəqədi rayon polis idarəsinin rəisi polis polkovniki Namiq İsmayılıov və çoxlu sayda polis əməkdaşı gəlib. Etirazçılarla söhbət etdikdən sonra yol açılıb. Yolu açan məcburi köçkünlər etrizlarına Zərifə Əliyeva adına parkda davam etdiriblər.
 
Etirazçıların sözlərinə görə bu addımı atmağa səbəb onlara veriləsi evlərin pulla satılmasıdır. Məcburi köçkünlərdən əldə etdiyimiz məlumata görə, evləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində departament rəisi Elman İsmayılov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Binqədi rayon üzrə sektor müdiri Abış Məmmədov 5-10 manatdan satırlar.
 
Etirazçılar dediyinə görə, pul vermiyənlərə ailə üzvünün sayına görə bölgü aparılmır. Ailədə 3 nəfər olana da, 5 nəfər olana da 1 otaqlı ev verirlər. Zərifə Əliyevə adına parkda etirazçılar sakitləşdirildikdən sonra 108 saylı Binəqədi rayon mənzil komunal istismar sahəsinin qarşısına toplaşdılar.
 
Mehrab Həsənov bildirir ki, Elman İsmayılovla görüşən zaman vəzifəli şəxs ona deyib ki, 1 otaqlı ev istəmirsən get atlarınla bir yerdə yaşa:
 
"Ailə də 5 nəfərik, 1 otaqlı evdə necə yaşayım? Elman İsmayılov Xocalı qaçqınlarına deyir ki, mən Xocalını tanımıram. Bu nə deməkdir, biri bunu bizə izah eləsin".
Məcburi köçkünlərin sözlərinə görə, prezidentin fərmanına görə 2 nəfərə 1 otaq, 3 nəfərə 2 otaq, 5 nəfərə 3 otaq verilməlidir. Ancaq "Qaçqınkom" çox otaqlı evləri satıb, 1 otaqlı evlərə də 5 nəfəlik ailəni yerləşdirir. Etirazçılar bildirir ki, məcburi köçkünlər üçün tikilmiş evlərə "yerli" insanları köçürüblər. Ev almaq üçün Abış Məmmədov və Elman İsmayılov 5-10 min manata evləri onlara satıblar.

Etirazçılara bildirilib ki, artıq məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sosial-təminat şöbəsinin rəisi Gəray Fərhadova məlumat verilib. Bununla bağlı Komitədə iclas keçirilir. Yekun qərar Komitə sədri Əli Həsənova təqdim olunacaq.
 
Qlobal.Az
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook