SON XƏBƏR

Mədəniyyət Nazirliyi də "lazımı" gözləyir: YUĞ-a niyə bina verilmir?

İyul 09
15:34 2019
Həsənağa Turabovun əsasını qoyduğu YUĞ teatrının yerləşdiyi bina 2016-cı ildə teatrıdan alınıb. 

Qaynarinfo xəbər verir ki, hazırda teatrın fəaliyyəti Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirilir. Bu günlərdə mətbuata açıqlama verən Mehriban Ələkbərzadə Mədəniyyət və Turizm Nazirliyinin bu mövsüm teatr işçiləri və seyircilərini sevindirəcəyinə ümid etdiyini bildirib.
 
Məsələ ilə bağlı nazirliyin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri İntiqam Hümbətovla əlaqə saxladıq. Nazirlik rəsmisi başda açıqlama verə biləcəyini desə də, mövzunu öyrəndikdən sonra sualdan boyun qaçırmaq istədi: 

"Bu əslində uzun-uzadı danışılacaq mövzudur. Qısaca onu deyim ki, cənab nazirin məsələdən xəbəri var. Hələlik teatrın müvəqqəti fəaliyyəti üçün şərait yaradılıb. Lazım gəlsə, bina veriləcək”. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook