SON XƏBƏR

Mehriban Əliyeva daha bir aktyorun müalicəsini öz üzərinə götürdü — FOTO

İyun 20
17:50 2019
Aktyorun əməliyyatı ilə bağlı hazırlıq prosesi gedir.
 
Qaraciyər serrozu xəstəliyindən əziyyət çəkən Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimovun müalicəsi ilə bağlı bütün xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.
 
Bu barədə AzNews.az-a teatrın direktor müavini Vidadi Məmmədov məlumat verib. Onun sözlərinə görə, hazırda aktyorun əməliyyatı ilə bağlı hazırlıq prosesi gedir:
 
"Yalçın Səlimovun səhhəti stabil olaraq qalır. Uzun zamandır ki, Sumqayıt xəstəxanalarında müalicə olunur. Lazım olan vaxtlarda Bakıda da müayinədən keçirilir. Onun bütün müalicə və müayinə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Bütün dərmanları pulsuz verilir. Bundan əlavə Sumqayıt İcra Hakimiyyəti də aktyorun səhhətində yaranan problemlərin aradan qaldırılması üçün dəstək verir. Yaxın aylarda yəqin ki, Yalçın əməliyyat olunacaq”.

Qeyd edək ki, Sumqayıt Dövlət DramTeatrının aktyoru Yalçın Səlimovun səhhəti pisləşib. Xəstəxanaya yerləşdirilən aktyor müayinə olunarkən onda qaraciyər serrozu xəstəliyi aşkarlanıb.
 
Qlobal.az 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook