SON XƏBƏR

Meksikada mayyalara aid ən böyük və ən qədim tikili kəşf edildi

İyun 04
10:32 2020
Tədqiqatçılar havadan və uzaqdan zondlama yolu ilə Meksikada yeni bir kəşfə imza atıblar.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Meksikanın Tabasko əyalətində mayyalara aid ən böyük və ən qədim tikili tapılıb. Qvatemaladakı Tikal və ya Meksikadakı Palenque kimi daşdan tikilmiş Mayya piramidalarından fərqli olaraq bu tikilinin gil və torpaqdan inşa edilmiş düzbucaqlı formasında olduğu bildirilib.

Qvatemala sərhəddinə yaxın Aquada Feniks adlı yerdə kəşf edilən tikili təxminən 400 metr genişliyində və 1400 metr uzunluğundadır. Həmçinin ümumi ölçüsünə görə Misirdə 1500 il əvvəl inşa edilmiş Xeops ehramından belə böyükdür.

Tədqiqatçılar bu vaxta qədər üzərində hansısa statusa sahib şəxslərin heykəllərinə rast gəlinmədiyini deyiblər. Çünki abidənin tikildiyi dövrdə Mayyanın hələ kral tərəfindən idarə edilən bir cəmiyyətə çevrilmədiyi ehtimal edilir.

Tikilinin kütləvi ayinlər üçün istifadə edildiyi düşünülür.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook