SON XƏBƏR

Məktəblilər Azərbaycan bayrağı ilə Keçikçidağa qalxdılar - FOTOLAR

May 13
14:41 2019
Bir qrup Azərbaycan məktəblisi Keşikçidağda (David Qareci) ekskursiyada olub. Virtualaz.org xəbər verir ki, Qazax məktəblərindən birinin şagirdləri Azərbaycan bayraqları ilə tarixi kompleksin ətrafına dövr ediblər.

Xatırladaq ki, daha öncə gürcüstanlı ictimai fəallar Keşikçidağ monastır kompleksinin yaxınlığında aksiya təşkil ediblər. Onlar "David Qareci” monastır kompleksinin Azərbaycan tərəfinin iddia etdiyi hissəsində canlı zəncir qurublar və kompleksi dövrəyə alıblar.
 


Kompleks ətrafında vəziyyət təxminən iki həftə əvvəl kəskinləşib. Həmin vaxt Gürcüstan tərəfi bildirib ki, azərbaycanlı sərhədçilər kompleksin ərazisinə keçidi məhdudlaşdırıblar.
 


Həmin məlumatı şərh edərkən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Azərbaycan hər zaman Gürcüstanla sərhədin tezliklə delimitasiyasının tərəfdarı olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook