SON XƏBƏR

Məleykə Abbaszadənin prorektor qızı qəfil vəfat etdi (FOTO)

İyul 18
12:19 2020
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə ağır itki üz verib. 

Qafqazinfo-nun məlumatına görə, onun 44 yaşlı qızı Nigar Abbaszadə vəfat edib. 

Hadisə ailənin Şamaxının Çuxuryurd kəndində yerləşən evində baş verib.

İlkin məlumata görə, DİM sədrinin qızı qəflətən ürəktutmadan ölüb.

Hazırda nəşin Bakıya aparılması ilə əlaqədar hazırlıq işləri gedir. 

Xatırladaq ki, Nigar Abbaszadə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektorudur.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook