SON XƏBƏR

“Mən “WikiLeaks“ haqqında heç nə bilmirəm“ - Tramp

Aprel 12
02:10 2019
ABŞ prezidenti Donald Tramp bildirib ki, "WikiLeaks"in yaradıcısı və baş redaktoru Culian Assanjın Londonda tutulması haqqında ona heç nə məlum deyil.

Bu barədə "The Hill" bildirib.

"Mən "WikiLeaks" haqqında heç nə bilmirəm. Bu, mənim mövzum deyil", - deyə Tramp "WikiLeaks"in onun xoşuna gəlib-gəlməməsi barədə suala cavabında bildirib.

ABŞ prezidenti həmçinin bildirib ki, Assanjın tutulması barədə heç nə bilmir.

Qeyd edək ki, Tramp 2016-cı ildə ABŞ-da seçkiqabağı kampaniya zamanı "WikiLeaks"in fəaliyyətindən razılığını bildirirdi.

Onu da qeyd edək ki, Londonda saxlanılan "WikiLeaks"in yaradıcısı Culian Assanj barəsində ABŞ-ın Ədliyyə Departamenti tərəfindən cinayət işi başlanılıb/Report.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook