SON XƏBƏR

Mənsimovun təqaüd siyahısında iki məşhurun övladı var

Mart 11
09:37 2019
Xəbər verdiyimiz kimi, Mübariz Mənsimovun rəhbərlik etdiyi "Palmali” Şirkətlər Qrupu Türkiyədə təhsil alan 100 azərbaycanlı tələbəyə aylıq təqaüd verəcək.

Axar.az xəbər verir ki, təqaüd veriləcək tələbələrin açıqlanan siyahısında iki məşhur jurnalistin də övladı var. Bunlar tanınmış telejurnalistlər Anar Yusifoğlu və Eldəniz Elgündür.

Belə ki, Mersin Universitetinin tələbəsi Aysu Əliyeva (Eldəniz Elgünün qızı) və İstanbul Universitetinin tələbəsi Elnur Yusifzadə (Anar Yusifoğlunun oğlu) da təhsildə fərqləndikləri üçün təqaüd verilənlər siyahısına düşüblər.

Qeyd edək ki, yanvar ayında şirkət tərəfindən verilən elandan sonra təqaüd üçün 3784 tələbə müraciət edib. Seçim zamanı ötənilki təhsil ilini yüksək bal və dərəcələrlə başa vuranlar, şəhid ailəsi üzvü olanlar, Qarabağ müharibəsi qazilərinin yaxınları və ağır maddi durumda olan ailələrin övladlarına üstünlük verilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook