"Mənzillə təmin olunmayan heç bir şəhid ailəsi qalmayacaq" - Nazir
Mart 01
11:21
2021
"Bakı, Sumqayıt və Abşeronda mənzillə təmin olunmayan heç bir şəhid ailəsi qalmayacaq. Proses həm də regionlarda öz həllini tapacaq. Bu il mənzil təminatı yalnız şəhid ailələri və müharibə əlillərini əhatə etməyəcək, valideyn himayəsindən məhrum olmuş internat məzunlarını, gözdən əlil və digər şəxsləri də əhatə edəcək”.
"Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
S.Babayev qeyd edib ki, postmüharibə dövründə şəhid ailələrinin 99%-i bütün sosial ödənişlərlə təmin olunublar:
"Yaralıların 90%-i evlərində ziyarət olunub, 1 220 reabilitasiya vasitələri onlara təqdim olunub. 15 amputasiyası olan hərbçilərə ən müasir protezlər təqdim edilib”.