SON XƏBƏR

Messi İngiltərə klubuna keçə bilər

Avqust 27
01:33 2020
İspaniya "Barselona”sının futbolçusu Lionel Messi karyerasını İngiltərənin "Mançester Siti” klubunda davam etdirə bilər.

"Report” "TASS”a istinadən xəbər verir ki, bu barədə Argentinanın "Nacion” qəzeti idmançının ətrafındakı mənbəyə istinadən məlumat yayıb.
 
Qeyd olunub ki, 33 yaşlı hücumçu keçidi rəsmiləşdirmək üçün "Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ilə danışacaq.

Qeyd edək ki, Lionel Messi 2004-cü ildən "Barselona”nın əsas komandasında çıxış edir. Messi bu müddət ərzində bütün turnirlər daxil olmaqla, 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu müqaviləsinə xitam verilməsi üçün müraciət etsə də, klub bundan imtina edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook