Mikayıl Cabbarov: "İqtisadi və sosial prioritetlər uzlaşdırılmalıdır"
Yanvar 16
12:16
2020
Azərbaycan İqtisadiyyat Nazirliyi ortamüddətli dövr üçün iqtisadi və sosial sahələrdə əsas prioritetləri açıqlayıb...
Nazir həmçinin bildirib ki, iqtisadi inkişafı sosial inkişafdan ayırmaq olmaz. Onun sözlərinə görə, məşğulluğun artırılması, əhalinin sosial təminatı da əsas məsələdir. İqtisadi və sosial prioritetlər uzlaşdırılmalıdır. O bildirib ki, yeni iş yerlərinin yaradılması tədbirləri davam etdiriləcək. İnsan kapitalının iqtisadiyyatda rolunun artırılması üçün təhsilə investisiyaların artırılması, icbari tibbi sığortaya əlçatanlığın artırılması qarşıdakı məqsədlərdəndir.
Nazirin sözlərinə görə, həmçinin ekoloji tarazlığı təmin edən sahələrdə inkişafın genişləndirilməsi də əsas prioritetlərdəndir.
APA