SON XƏBƏR

Millət vəkili Mübariz Mənsimova görə aksiyalara çağırışları pislədi

Mart 18
21:13 2020
Millət vəkili Hikmət Babaoğlu Türkiyədə həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovun azad olunması üçün onun Azərbaycandakı qohumlarının insanları kütləvi aksiyalara çağırış etməsinə münasibət bildirib.

Qaynarinfo-ya danışan deputat bu kimi addımları pisləyib və Türkiyənin hüquqi dövlət olduğunu bildirib. Hikmət Babaoğlunun fikrincə, demokratik ölkələrdə hüquq və məhkəmə hakimiyyətinin ədalətinin şübhə altına alınması doğru hesab edilə bilməz:

"Türkiyə Cümhuriyyəti demokratik, hüquqi dövlətdir. Hakimiyyət bölgüsünə əsaslanan siyasi sistemi var. Ali nəzarətedici hakimiyyət kimi müstəqil məhkəmələr fəaliyyət göstərir və ədaləti təmin etmək kimi ciddi ənənələrə malikdir. Demokratik ölkələrdə hüquq və məhkəmə hakimiyyətinin ədalətinin şübhə altına alınması doğru hesab edilə bilməz. Ona görə də məhkəmə prosesində hər hansı tənqidedici və yaxud təhrikedici hərəkətlər müstəqil məhkəmələrə təzyiq kimi qəbul oluna bilər. Belə hərəkətlərdən çəkinmək ən doğru olanıdır. Üstəlik nəzərə almaq lazımdır ki, belə aksiyalara baxışın bir də dövlətlətarsı münasibətlər tərəfi var. Qardaş Türkiyə ilə Azərbaycan arasında olan münasibətlər təbii tarixi strateji müttəfiqlik münasibətləridir və bunu qorumaq hər bir azərbaycanlının borcudur. Ona görə də hər hansı məsələyə münasibətdə emosional deyil, soyqqanlı olmağımızda fayda var. Əmin olmaq lazımdır ki, qardaş ölkənin müstəqil məhkəmələri ən doğru və ədalətli qərarı qəbul etməyə qadirdir".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook