SON XƏBƏR
  • Dəmiryolçuların Mədəniyyət evi acınacaqlı durumdadırBakının Qaradağ rayonunun Ələt qəsəbəsində, bir vaxtlar öz əzəməti ilə seçilən tarixi binada yerləşən Mədəniyyət Evinin hazırkı durumu sakinləri ciddi narahat edir.   Məlumata görə 80-90-cı ill..
  • Eynulla Fətullayevə ağır itkiTanınmış jurnalist Eynulla Fətullayevə ağır itki üz verib.   Qlobal.az xəbər verir ki, E.Fətullayevin anası vəfat edib...
  • Bakıda karantin rejimini pozan kafelər aşkarlandı (FOTOLAR)Bakıda xüsusi karantin qaydalarını pozan bir neçə kafe aşkarlanıb. Qlobal.az-ın "Report"a istinadla xəbər verir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Babək prospekti..
  • 70 yaşdan sonra, 8 mart elə kişilərin də bayramıdırXanımı Habil Əliyev barədə: "Ölümündən əvvəl mənə dedi ki..." Bu gün ustad sənətkar, xalq artisi Habil Əliyevin doğum günüdür. "Sağ olsaydı, hamını başına yığıb, təmtəraqla doğum gününü qeyd edə..
  • Azərbaycanlı milyonçu Avropanın məşhur futbol klubunu alırAzərbaycanlı iş adamı Nizami Piriyevin oğlu Nəsibin Fransanın "Olimpik” (Marsel) klubunu almaq istəyi barədə məlumat yayılıb. Bu barədə "Futbol+” qəzeti məlumat yayıb. Nizami Piriyev 1958-ci il ..
  • Azərbaycan səfiri Ramil Səfərovla bağlı Avropa Məhkəməsinə cavab verdiAzərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarı ilə bağlı İngiltərənin "Guardian" qəzetində nəşr olunmuş məqaləyə cavabı dərc ..
  • Oqtay Şirəliyev Nəməki ilə koronavirusdan danışdıAzərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev bu gün iranlı həmkarı Səid Nəməki ilə telefonla danışıb. Qlobal.az xəbər verir ki, telefon danışığında O.Şirəliyev bildirib ki, əhalisinin sayı və mütəxə..
  • Azərbaycanda koronavirusdan daha 2 nəfər öldüAzərbaycanda 191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, ..
  • Bakı əhalisinin sayı açıqlandıDövlət Statistika Komitəsinin bu ilin aprelin 1-nə olan məlumatına əsasən, Bakı şəhərinin əhalisi 2 948,8 min nəfər təşkil edir. Son ildə paytaxt əhalisinin sayı 14,1 min nəfər (0,6%) artıb. Ötən i..
  • Gürcüstan Ermənistana kömək təklif etdi"Ermənistanın Xəstəliklərə Nəzarət Mərkəzi ölkədə koronavirusla mübarizə sahəsində Gürcüstanın hər hansı bir köməyinə ehtiyacı olması ilə bağlı məsələ qaldırsa hazırıq”. "Report”un yerli bürosu xəb..

Millət vəkili: “Rus dilinin yenidən nüfuz qazanmasını təhlükə hesab etmirəm”

Oktyabr 08
15:24 2019
"Rus dilinin hazırda yenidən nüfuz qazanmasını böyük təhlükə hesab etmirəm".

Qaynarinfo xəbər verir ki, bu sözləri millət vəkili, akademik Nizami Cəfərov APA-ya geniş müsahibəsində deyib.

Akademik son illər Azərbaycan cəmiyyətində rus dilinin nüfuzunun artmasının təhlükəli olub-olmaması məsələsinə də münasibət bildirib:

"Burda belə bir cəhəti qeyd etmək lazımdır. Biz ötən əsrin 70-80-ci illərinə qədər rus dili ilə sıx əlaqədə idik. Hər bir xalqın dünyaya çıxışında bir beynəlxalq dil olmalıdır. Bizdə bu işi rus dili görürdü. Sonradan rus dilindən kəskin imtina elədik və beynəlxalq arenaya ingilis dili ilə çıxmağa çalışdıq, ancaq effektiv olmadı. Ona görə də rus dilinə qayıdış bizim beynəlxalq dilə çıxış axtarışlarımızın səbəbidir. Bizim ingilis dili mühitinə daxil ola bilməməyimizin müəyyən səbəbləri var. Burda onların bizi qəbul eləmək məsələsi də rol oynayır. Yəni bu gün biz təzadlı vəziyyətdəyik. Belə bir vəziyyətdə isə rus dilinin bizim orta məktəblərə gəlməsi normaldır. Ailələr uşaqlarını rus bölməsinə ona görə qoyur ki, gələcəkdə uşağın yaşaması, işləməsi üçün böyük məkan var. İlk növbədə dil seçilmir, yaşama marağı seçilir. İngilis dili bizə çox uzaqdır, yaxın coğrafiyada isə Rusiya var. Rusiya bizim üçün heç vaxt itirə bilməyəcəyimiz məkandır. Çünki Rusiya da, rus dili də bizim üçün təkcə ruslar demək deyil. Rus dili bu gün bizim üçün qazaxla da, türkmənlə də, tatarla da danışıq vasitəsidir. Hələlik Türkiyə türkcəsi o ünsiyyət funksiyasını yerinə yetirə bilmir”.

Nizami Cəfərov rus dilində təhsil alan uşaqların sonradan öz dillərini tam qavraya bilməməsi ilə bağlı sualı da cavablandırıb:

"Dilçilik baxımından belədir ki, uşağın öz ana dilində dil açması şərtdir. İkinci şərt uşağın ibtidai təhsili ana dilində almasıdır. Bizdə də hazırda rusdilli məişət mühiti xeyli zəifləyib, anadilli məişət mühiti güclüdür. Bir vaxtlar ailələr vardı, azərbaycanca kəlmə bilmirdi. Bakıya rayonlardan çoxlu sayda qaçqın-köçkün gəldi, xeyli axın oldu, balans dəyişdi, hazırkı mühitdə rus dilini ailənin içinə tam buraxmaq imkanı yoxdur. Dilçilik baxımından ana dili o vaxt sıradan çıxır ki, xaric dil sənin ailənə daxil olsun. Xarici dil sənin ailənə daxil oldusa, problem yaradır. Amma neyləyəsən ki, xarici dil sənin təhsil mühitinə daxil olmalıdır, onsuz keçinmək olmaz, təki ailə mühitinə daxil olmasın. Rus dilinin hazırda yenidən nüfuz qazanmasını böyük təhlükə hesab etmirəm. Ona görə ki, hələlik Azərbaycan dilinin beynəlxalq dil olmaq imkanı yoxdur. Bura hansısa dil gəlməlidir. Bu beynəlxalq dilin də gələcəkdə rus dili  olacağına inanmıram, bu sadəcə keçid dövrüdür. Rus dili də öz mövqeyini dünyada tədricən itirir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook