SON XƏBƏR
  • Millimiz Moldovaya qalib gəldi2020-ci ildə təşkil olunacaq futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.  Qaynarinfo xəbər verir ki, Joze Alesio Da Silva..
  • 72 yaşlı icra başçısı da yola salınırSon günlər hakimiyyətdə sürətli kadr islahatları aparılmaqdadır.    Prezident İlham Əliyevin apardığı kadr islahatları əsasən yaşı 70-i ötmüş, uzun illərdir müxtəlif vəzifələrdə çalışmış m..
  • Daha bir korrupsiya yuvası ləğv ediləcək"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ləğv ediləcək. Bu barədə Qaynarinfo-ya etibarlı mənbədən məlumat daxil olub.  Məlumata görə, sözügedən səhmdar cəmiyyətin "Azərsu" ASC-yə birləşd..
  • “Nar” “Canlı kitab” sosial layihəsinə başlayıbSosial əhəmiyyət daşıyan layihələrdə fiziki məhdudiyyətli şəxslərə hər zaman dəstək göstərən "Nar”, "Radio Antenn" 101 FM-lə birgə "Canlı kitab” layihəsinə start verib. Layihə çərçivəsində dünya və Az..
  • Ramiz Mehdiyev AMEA prezidenti olduOktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilir. Qlobal.az xəbər verir ki, tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatların..
  • Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib və ona "Heydər Əliyev” ordenini təqdim edib.   Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti mə..
  • Prezident Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edibAkademik Ramiz Mehdiyev "Heydər Əliyev” ordeni ilə təltif edilib. APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. R. Mehdiyev Azərbaycan Respublikasın..
  • Prezident Təhlükəsizlik Şurasının tərkibini dəyişdiPrezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişikli..
  • Prezident İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib. Qlobal.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentin..
  • Prezident Ramiz Mehdiyevi vəzifəsindən azad etdiPrezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Qlobal.az xəbər verir ki, sərəncamd..

Millət vəkilinə 300 min dollar borc verən xanım: "3 milyon verib deputat olmuşam"

Sentyabr 20
14:38 2019
Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov deputat vəsiqəsini borca görə girov qoyub. 

Qlobal.az xəbər verir ki, "Yeni Sabah” məsələ ilə bağlı verən Təranə Fətəliyeva ilə əlaqə saxlayaraq təfərrüatları öyrənib. İddiaçı deyib ki, onun deputatla qohumluq münasibətləri var. Təranə Fətəliyeva həmçinin qeyd edib ki, 300 min ABŞ dolları tək onun deyil: 

"Biz Binəqədidə ev almışdıq. Rəfael Cəbrayılov dedi ki, həmin evləri satın, pulunu verin mənə. Tikinti biznesilə məşğul olduğunu deyərək bizi də bu işə cəlb etmək istədiyini dedi. Biz də evləri satdıq, qardaşım iki qarajını satdı, bir neçə nəfərdən pul toplayıb verdik Rəfael Cəbrayılova. O, Binəqədidə Gənclər Şəhərciyində binalar tikirdi. Qardaşı da onunla bu biznesə şərikdir. Biz buna görə inandıq. Lakin sonradan bizə məlum oldu ki, o bizi aldadıb. Həmçinin borcu almaq üçün onun qapısına gedəndə gördüm ki, bizim kimi başqa adamlar da var”.

Onun sözlərinə görə, Rəfael Cəbrayılov yaxın qohumundan da 300 min manat alıb. Həmin pul da indiyə qədər qaytarılmayıb: "Borc üçün gedəndə bizi təhqir edir. Ölkə rəhbərliyinin adını hallandırır. Deyir evləri onlara vermişəm, gedin onlardan tələb edin. Biz deyirik axı pulu sənə vermişik. Neçə nəfər adam böyük məbləğlərdə pul verib ona. O, isə deyir mən 3 milyon verib deputat olmuşam, siz mənim karyerama zərbə vurursunuz".

İddiaçı Rəfael Cəbrayılovun deputat vəsiqəsini girov qoymasından da danışıb: "Vəsiqənin biri məndə, biri də rəfiqəmdədir. III və IV çağırışı deputat vəsiqələrinin əslidir. Vəsiqələri zəmanət kimi qoymuşdu”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook