SON XƏBƏR

Milyoner diplomatımız – Xanım Nəsibova Türkiyədə tender kraliçasına çevrilib...

Avqust 26
18:37 2019
Hər zaman özünə "eğitim ateşesi” deyən, yarı azərbaycanca, yarı türkcə danışan Nəcibə Nəsibova biznesmen diplomat kimi 30 ilə yaxındır ki, səfirlikdə eyni vəzifəni daşıyır...

30 ildən yaxındır ki, Azərbaycanın Türkiyədəki səfirliyində təhsil məsələləri üzrə birinci katib vəzifəsində çalışan Nəcibə Nəsibova "Vadi İstanbul” adlanan Türkiyənin ən bahalı yaşayış komplekslərindən birində bütöv bir mərtəbənin sahibidir. Bu barədə pia.az-a Türkiyədəki mənbələrdən məlumat daxil olub.

Bir neçə mənbə tərəfindən təsdiqlənən məlumata əsasən Nəcibə Nəsibovanın qızının şirkəti həmçinin Türkiyə bələdiyyələrinin keçirdiyi böyük tenderlərin qalibi olur. Tenderləri qazanmaq üçün Nəcibə Nəsibovanın Azərbaycan dövlətinin adından istifadə etməsi iddia olunur.

Əldə etdiyimiz məlumata əsasən xanım diplomatın qızı Nabat Qaraxanovanın "Mezo Digital” rəqəmsal marketinq şirkəti Türkiyənin onlarla bələdiyyəsinin elan etdiyi tenderlərin qalibi olub. Tenderləri qazanmaq üçün Nəcibə Nəsibovanın diplomatik əlaqələrindən istifadə etdiyi xüsusi olaraq vurğulanır. İddilara əsasən xanım diplomat Türkiyədə təhsil alan yüzlərlə tələbənin problemi ilə maraqlanmaq əvəzinə Azərbaycan dövlətinin adından və ona verilən səlahiyyətdən sui-istifadə edərək universitetləri, müxtəlif bələdiyyələri qızı Nabat Qaraxanovaya məxsus şirkətə tender verməyə məcbur edir. Nabat Qaraxanova bizneslə məşğul omazdan əvvəl İslam Təşkilatının Gənclər Forumunda çalışıb.

Onu da qeyd edək ki, "Mezo Digital” adlanan bu rəqəmsal marketinq şirkəti Azərbaycan dövlətinin mənafeyinə zidd bir şəkildə Türkiyə seçkilərində iştirak edən namizədlərin piarını aparır və Nəcibə Nəsibovanın qızı olan Nabat Qaraxanova şirkətin direktoru olaraq seçkiləri şərh etməkdən belə çəkinmir. Nəcibə Nəsibovanınn biznesi təkcə bununla da bitmir, qızı Nabat Qaraxanova çanta, geyim və ümumən moda sektorunda da boy göstərərək xanım Nəsibovanın ailə biznesini böyütməyə çalışır.

Qaynağımız onu da bildirib ki, Nəcibə Nəsibova həmçinin "Vadi İstanbul” adlanan Türkiyənin ən bahalı yaşayış komplekslərindən birində bütöv bir mərtəbəni satın alıb. Bu yaşayış kompleksində mənzillərin qiyməti 200 000 dollarla 500 000 min dollar civarında dəyişir. "Vadi İstanbul” yaşayış kompleksində həmçinin SOCAR Türkiyənin baş ofisi yerləşir.

Həmçinin xanım diplomatın İstanbulda, İzmirdə və Ankarada digər daşınmaz əmlakın sahibi olduğu da vurğulanır. Hər zaman özünə "eğitim ateşesi” deyən, yarı azərbaycanca, yarı türkcə danışan Nəcibə Nəsibovanın biznesmen diplomat kimi 30 ilə yaxın səfirlikdə eyni vəzifəni daşıması isə dimlomatik qaydalara ziddir. Amma buna baxmayaraq bir neçə Xarici İşlər naziri və səfir yola salan Nəcibə Nəsibova 1992-ci ildən Türkiyədəki səfirliyimizdə eyni vəzifəni daşımaqdadır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...
 
Qlobal.az 
 

 

 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook