SON XƏBƏR

Minə yaxın azərbaycanlı Gürcüstanda təhsil alacaq

Sentyabr 18
01:02 2020
2020-2021-ci tədris ilində 956 azərbaycanlı gənc Gürcüstanın ali məktəblərinə qəbul olub.

Bu barədə Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 2019-2020-ci tədris ili ilə müqayisədə bu il ali məktəblərə qəbul olan tələbələrin sayı 44 nəfər çoxdur.

Məlumata görə, azərbaycanlı tələbələrin 935-i universitetlərə milli azlıqlar üçün nəzərdə tutulan "1+4” proqramı üzrə qəbul olub. Onlar bir il ərzində dövlət dilini öyrəndikdən sonra seçdikləri ixtisas üzrə bakalavr pilləsində təhsili davam etdirəcəklər. (azvision.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook