SON XƏBƏR

Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirildi

Dekabr 21
14:48 2019
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 21 dekabr 2019-cu il tarixində Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilib.

DİM-dən verilən məlumata görə, imtahana yazılış noyabrın 18-dən dekabrın 16-dək aparılıb və bu müddət ərzində 252  namizəd qeydiyyatdan keçib. İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub. 

İmtahanda 243 namizəd iştirak edib.


Test imtahanının nəticələrinə əsasən, 165 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook