SON XƏBƏR

MN: Ermənistanla sərhəd zastavanın atəşə tutulması xəbəri dezinformasiyadır

Oktyabr 29
17:34 2020
Ermənistan mətbuatının Azərbaycan Ordusunun guya Ermənistan ərazisində İranla həmsərhəd bölgələrdə yerləşən Rusiya sərhəd zastavasını minaatanlardan atəşə tutması ilə bağlı yaydığı məlumat tamamilə dezinformasiyadır və təxribat xarakteri daşıyır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

"Əksinə, həmin istiqamətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisi atəşə tutulub. Bir daha bildiririk ki, bizim Ermənistan ərazisində heç bir hərbi məqsədlərimiz yoxdur", - məlumatda bildirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook