SON XƏBƏR

MN rəsmisi: "Düşmən döyüşlərə uşaqları cəlb etməyə çalışır"

Oktyabr 26
20:37 2020
"Saat 18:15-də düşmən "Smerç” yaylım atəşli reaktiv sistemindən (YARS) Tərtər şəhərini atəşə tutub. Atılan 3 raketdən biri hava hücumundan müdafiə bölmələrimiz tərəfindən havada zərərsizləşdirilib”.

Bu fikirləri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Anar Evyazov əlavə edib: "Canlı qüvvə ehtiyatları tükənməkdə olan düşmən döyüşlərə daha çox könüllüləri, muzdlu və əcnəbi terrorçu döyüşçüləri, o cümlədən uşaqları cəlb etməyə çalışır. Belə olan halda isə düşmənin döyüş sahəsində vəziyyətə nəzarət etməsi praktiki cəhətdən mümkün deyil. Nizami Ordumuz düşmənin istənilən hücum və təxribatlarının qarşısını almaq üçün tam döyüşə hazır vəziyyətdədir".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook