SON XƏBƏR

Moskvadakı paradda meydana ilk olaraq Azərbaycan hərbçiləri çıxdı

İyun 24
14:40 2020
Faşizm üzərində Qələbənin 75 illik yubileyi münasibətilə Moskvada təşkil olunan hərbi parada qatılan Azərbaycan ordusunun 75 hərbçisindən ibarət dəstənin hərbi marşla tribunaların önündən keçidi başa çatıb.

Qlobal.az "Report”a istinadla xəbər verir ki, hərbi paradda 14 minə yaxın hərbçi iştirak edir. Rusiya hərbi qulluqçuları ilə yanaşı, meydanda 13 ölkənin hərbçiləri addımlayır.

İlk olaraq Qızıl meydana Azərbaycan hərbçiləri çıxıblar. Azərbaycan Silahlı Qüvvələrinin 75 nəfərdən ibarət dəstəsi tribunalar önündən keçib.

Paradın aparıcısı xatırladıb ki, Böyük Vətən müharibəsi cəbhələrində 600 mindən çox azərbaycanlı döyüşüb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da paradı izləyir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook