SON XƏBƏR

MSK-dan Kəmaləddin Qafarovun lider olduğu dairə ilə bağlı QƏRAR

Fevral 22
02:03 2020
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizədlər - Ülvi Həsənov və Şəhriyar Bayramovun müraciətinə baxılıb.
 
Modern.az xəbər verir ki, müraciət barədə MSK üzvü İlkin Şahbazov məlumat verib. O bildirib ki, namizəd müraciətində səsvermə günü dairədə pozuntuların olduğunu iddia edib.
 
Araşdırma zamanı sözügedən dairənin 20 saylı seçki məntəqəsində keçirilən səsvermənin seçicilərin iradəsini özündə əks etdirmədiyi məlum olub.
 
MSK-nın ekpert qrupunun rəyi əsasında 20 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.
 
Qeyd edək ki, fevralın 9-da keçirilən parlament seçkilərinin nəticələrinə görə bu dairədən lider namizəd Kəmaləddin Qafarovdur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook