SON XƏBƏR

Mübariz Qurbanlı “Qaloş piri” ilə bağlı yayılan görüntülərə münasibət bildirib - "...bu hal təkrar olunmayacaq"

İyun 13
17:38 2019
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Goranboyda "Qaloş piri” ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

"Report" xəbər verir ki, M.Qurbanlı jurnalistlərə açıqlamasında bu görüntülərin təəssüf hissi doğurduğunu deyib.

Onun sözlərinə görə, həmin evdə daimi olaraq bu cür tədbirlərin keçirilməsi ilə bağlı Komitədə məlumat yox idi: "Komitənin yerli şöbəsi həmin yerdə araşdırma aparıb və ev sahiblərinə xəbərdarlıq olunub ki, bu cür hərəkətlər qanunazidd və xurafatdır. Əminəm ki, onlar da müəyyən nəticə çıxarıblar və bu hal təkrar olunmayacaq".

M.Qurbanlı qeyd edib ki, həmin görüntülərdə xurafat elementinin olması insanların müəyyən məsələləri kifayət qədər bilməməsindən irəli gəlir: "Çünki bilirik ki, insan sağlamlığının olması öz əlindədir və səhhətində problem varsa, həkimə getməlidir. Zaman-zaman bu cür hadisələr, xurafat elementləri başqa ölkələrdə də rast gəlinir. Təbii ki, bunlar olmamalıdır. Bunun da qarşısını almaq üçün maarifləndirici iş görməli, zamanında insanlara xəbərdarlıq edilməlidir ki, bu cür hərəkətlər qanunaziddir. Əslində bu dini fəaliyyət deyildi. Bunu dinlə bağlamaq düzgün deyil. Bizim üzərimizə düşən öhdəliyi bilirik və lazımı tədbirləri görürük". 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook