SON XƏBƏR

Münaqişənin güc yolu ilə həlli qaçılmaz idi

Fevral 27
12:40 2021
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi Möhtəşəm qələbə tarixdə və xalqımızın yaddaşında əbədi olaraq qalacaqdır.Uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. "Ali Baş Komandanın bircə əmrinə müntəzirik”,– deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduqlarını döyüşdə sübuta yetirdilər.

Xalqımız "Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar", - deyən Liderinin, Ali Baş Komandanının ətrafında hər gün daha sıx birləşdi, birliyimiz hər gün daha da möhkəmləndi. "Qarabağ Azərbaycandır və nida" ifadəsi bizim milli mübarizəmizin rəmzinə çevrildi. Bu birlik bizi Qarabağa qaytardı!
Prezident İlham Əliyev:”Biz ədaləti bərpa etdik, otuz il ərzində işğal altında olan torpaqları qaytardıq və dövlətimizin, xalqımızın gücünü göstərdik.”.

Bu gün Azərbaycan üçün yeni bir dönəm başlayır, bu dönəmdə də uğurlar bizimlə olacaq, çünki biz dəmir yumruqda birləşən 10 milyonuq, çünki biz Azərbaycanıq, çünki bizim İlham Heydər oğlu Əliyev kimi Ali Baş Komandanımız var. 44 günə Qələbə çalan ordumuz var, şəhidlərimiz, qazilərimiz, ürəyi Azərbaycanla döyünən insanlarımız var.

Biz artıq alnıaçıq, üzüağ, şəhid analarının gözünün içinə baxa biləcəyik. Bu günlər bizə böyük bir çətinliklər və fədakarlıqlarla başa gəldi. Ən böyük fədakarlığı isə Şəhidlərimiz edib. Mən onların ruhu və onların ailələri qarşısında baş əyirəm. Əsgər qardaşlarıma sonsuz minnətdarlıq edirəm, sonda Ali Baş Komandanıma deyirəm ki , Qarabağ adlı bir gün, Qarabağ adlı zəfər üçün Tarix yazan Sərkərdə, Azərbaycan xalqının Fatehi, Ümummilli liderimizin vəsiyyətini yerinə yetirən oğul və hər birimizin Prezidenti! Adətən böyüklərin əllərindən, kiçiklərin isə gözlərindən öpərlər. Mən isə Cənab Prezident sizin dəmir yumruğunuzdan öpürəm.!.

Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Günel Yaqubova
 

 
Qlobal.az






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook