SON XƏBƏR

"Müqavilə məsələsi müzakirədə deyil" - "Qarabağ" rəsmisi

İyun 01
10:39 2020
Bildiyiniz kimi, ölkə rəhbərliyi bu gündən etibarən Premyer Liqa klublarının məşqlərə başlaması və ayın 21-də Premyer Liqa və Azərbaycan Kuboku oyunlarının bərpası ilə bağlı qərar verib.

Bunu nəzərə alan Sport7.az saytı turnir cədvəlinin lideri, son çempion "Qarabağ" klubunun mətbuat katibi Nurlan İbrahimovdan məşq planı, eləcə də müqaviləsi bitən futbolçuların olub-olmadığını öyrənib.
 
Klub rəsmisinin Sport7.az-a verdiyi açıqlamaya görə, "Bu gündən məşqlərə başlayırıq. Hələlik müqavilə məsələsi müzakirədə deyil. Hər kəs düşərgədədi və bu gündən hər bir oyunçumuz hazırlıqda iştirak edəcəklər". 

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən ölkəmizdə tədbiq edilən karantin rejiminə görə mart ayının 13-dən Azərbaycan Premyer Liqasında fasilə yaranıb. 
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook