SON XƏBƏR

Naftalan Şəhər İcra Hakimiyyəti başçısının növbəti vətəndaş qəbulu keçirilib

Fevral 17
15:08 2020
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun 17 fevralda keçirilən növbəti vətəndaş qəbulunda fərdi olaraq 35 nəfərədək vətəndaşın müraciəti dinlənilib.

Şəhər rəhbəri qəbul zamanı vətəndaşların problem və istəklərini dinləmiş, müraciətlərin bir qismi yerində həll edilmiş, bəzi müraciətlərin həlli üçün müvafiq göstəriş verilmişdir.

Qəbula gələnlər məmnunluqlarını ifadə edərək ölkədə, o cümlədən Naftalan şəhərində həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
 
Qlobal.az
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook