SON XƏBƏR

Naftalan Şəhər İcra Hakimiyyəti başçısının yerlərdə səyyar görüşləri davam edir - FOTO

Dekabr 25
14:07 2019
25 dekabr 2019-cu il tarixində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Vüqar Novruzov vətəndaşlarla növbəti səyyar görüşünü şəhərin 1, 2, 3, 4 və 5 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə keçirib.

Təşkil olunan görüşdə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, ŞİHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Şəhər Bələdiyyəsinin sədri, xidmət təşkilatlarının rəhbərləri və sözügedən binaların sakinləri iştirak ediblər.
 
Səyyar qəbulda şəhər rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verib və qeyd edib ki, ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən belə görüşlərin əsas məqsədi sakinlərin problemlərini öyrənmək və tez bir zamanda həllinə nail olmaqdır.
 
Ayrı-ayrı sahələrə dair şəhər sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərin bəziləri yerində həll edilmiş, digər müraciətlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.

Sakinlər onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirərək ölkə başçısının həyata keçirdiyi institusional və kadr dəyişikliklərinin ölkəmizə müsbət dəyişikliklər gətirdiyini vurğulayıblar.

Qlobal.az
 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook