Naftalanda koronavirus pandemiyasına qarşı profilaktik tədbirlər gücləndirilmiş iş rejimində davam etdirilir
Aprel 07
12:21
2020
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Naftalan şəhərində xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir.
Vətəndaşlara bir daha karantin rejiminin qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılıb, özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırlanıb.
Həmçinin Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə sakinlərə dəst olaraq-tibbi spirt, maska və əlcək paylanılıb.
Qlobal.az