SON XƏBƏR

Naftalanda yaşayış binalarında gözoxşayan yenilik - FOTOLAR

May 20
14:53 2020
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq kurort şəhəri Naftalanda bir sıra infrastruktur və sosial layihələr uğurla həyata keçirilib.
 
Qlobal.az xəbər verir ki, şəhərdə karantin rejiminin yumşaldılmasından sonra, Naftalanın estetik gözəlliyinin bərpası və turist məmnunluğunun təmin edilməsi məqsədi ilə əlaqədar yaşıllaşdırma işlərinə başlanılıb.

İlk olaraq şəhərin Heydər Əliyev prospektində yerləşən çoxmənzilli yaşayış binalarının eyvanlarına xüsusi dizaynlı dibçəklərdə əkilmiş dekorativ bəzək gülləri düzülüb. Həmçinin prospektdə ünvan bildirən məlumatverici lövhələr quraşdırlıb.
 
Qeyd edək ki, əvvəllər lövhələr olmamışdır.

Kurort şəhərinin təbii gözəlliyinə əlavə rəng qatmaq üçün şəhər ərazisində tədricən bütün binaların fasad hissəsinin gül-çiçəklə bəzədilməsi nəzərdə tutulub.
 
Qlobal.az
 

 

 

 


 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook