SON XƏBƏR

“Nar” paytaxt və regionlarda yenilənmiş xidmət mərkəzlərini təqdim edir

Aprel 13
00:42 2021
Müştərilərin ehtiyaclarını qarşılamaqla keyfiyyətli xidmətlər təklif edən "Nar” satış və xidmət mərkəzlərini yeniləməyə davam edir. Mükəmməl müştəri təcrübəsi təqdim etmək məqsədilə mobil operator Fəvvarələr meydanı, "Elmlər Akademiyası”, "Sahil”, "Əhmədli” metrostansiyaları yaxınlığındakı, eləcə də Lənkəran, Şəki, Quba da daxil olmaqla 22 "Nar” xidmət mərkəzini tamamilə yeni konsepsiyada müştərilərin ixtiyarına verib.

"Nar” mərkəzlərdə rəqəmsal panellər quraşdıraraq ziyarətçilərin müasir üslubda məlumat və xidmət almasını təmin edir. Mağazalarda nömrələrin üzərində əməliyyatların aparılması, satışı da daxil olmaqla, müxtəlif növ xidmətlər təqdim edilir. Bundan başqa, yenilənmiş "Nar” mağazalarında mobil telefonların, cihazların və müxtəlif aksesuarların nağd və ya kredit ilə satışı da həyata keçirilir.

"Azerfon”un Baş İcraçı direktoru Qunnar Pankenin sözlərinə görə, şirkətin müştəriyönümlü strategiyasının bir hissəsi kimi "Nar” həm Bakı, həm də bölgələrdə bütün satış və xidmət mərkəzlərini yeniləməyi hədəfləyib: "Pərakəndə satış kanallarımızın yenilənməsi layihəsinin ən vacib mərhələlərindən birini yekunlaşdırdıq, paytaxt və regionlar üzrə 22 "Nar” xidmət mərkəzini tamamilə yeni konsepsiyada müştərilərimizin ixtiyarına verdik. Artıq yenilənmiş mağazalarımızda satış və xidmətlər vahid məkanda təqdim edilir. Müştərilərimizə daha yaxın olmaqla, məlumat və xidmətlərin daha rahat əldə edilməsini təmin edirik. Yenilənmiş mağazalar "Nar” brendinin müştəri yönümlü yanaşmasının daha da gücləndirilməsinə və müştərilərin mağaza təcrübəsinin mükəmməlləşdirilməsinə xidmət edir”.

Qeyd edək ki, sizə yaxın olan satış və xidmət mərkəzlərinin ünvanları haqqında ətraflı məlumatı nar.az/map internet səhifəsindən öyrənmək olar.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook