SON XƏBƏR

Natiq Cəfərli Milli Şuradan danışdı: "Dilləri və üslubları üfunət iyi verir..."

May 30
12:26 2020
Real Partiyasının icra katibi Natiq Cəfərli jurnalistlərə müraciət edib.

Musavat.com xəbər verir ki, N.Cəfərli media nümayəndələrindən ona Milli Şuranın son zoom konfransı ilə bağlı yayılan videoya münasibət bildirmək üçün müraciət etməmələrini xahiş edib: "Lütfən, "zoomparkın” son seriyası ilə bağlı zəng etməyin, adımı tag edib, bu məsələ ilə bağlı şərh verməyimi istəməyin – mənasız işdir, zatən hər şey göz qabağındadır: Adamların dərdi bu hökumət deyil, müxalifətdir, REAL-dır, İlqardır, Zöhrabdır. Dilləri və üslubları üfunət iyi verir, sonra da cəmiyyətin bəzi səmimi üzvləri deyir ki, niyə birləşmirsiniz, nədən birgə hərəkət etmirsiniz? Bu səviyyədə olanlarla birləşsən nə əldə edəcəksən ki? Zatən onların dərdi ölkəni dəyişmək deyil, tək işləri hamıya qara yaxaraq, çamur ataraq, "müxalifət nazirliyi” statusunda qalmaqdır".

N.Cəfərli bildirib ki, Real ölkədə normal sistem qurub, hakimiyyətə gələndə də müxalifətin Milli Şura olmasında problem görmür: "Bilirik ki, yenə çıxıb, "mənfur REAL rejimi”, deyib zəvzəkləyəcəklər, yenə də ortalığa plan, proqram, sənədlər, cəlbedici hekayə qoya bilməyəcəklər. Belə müxalifətə can "qurban”..."



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook