SON XƏBƏR

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin MƏLUMATI

İyul 26
16:53 2019
Son günlər bəzi informasiya saytlarında Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mühəndislik-Komanda İnstitutuna təhsil almağa göndərilən kursantlara dövlət tərəfindən ayrılmış təqaüdün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən tam ödənilməməsi ilə bağlı əsassız və həqiqəti əks etdirməyən informasiyalar yayılır.

Məlumat üçün bildiririk ki, Belarusun Fövqəladə Hallar Nazirliyinin Mühəndislik-Komanda İnstitutunda təhsil alan kursantlar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən seçilmir və onlara təqaüdü nazirlik ödəmir. Bütün bu məsələlər 2006-cı il oktyabrın 17-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Belarusun Fövqəladə Hallar Nazirliyi arasında imzalanmış əməkdaşlıq haqqında sazişlə tənzimlənir. Həmin sazişə əsasən Belarusun  Fövqəladə Hallar Nazirliyinin Mühəndislik-Komanda İnstitutuna təhsil almağa göndərilən kursantlar Dövlət İmtahan Mərkəzinin I qrup üzrə keçirdiyi qəbul imtahanların nəticələrinə əsasən müəyyənləşdirilir. Belə ki, imtahanlarda müvafiq keçid balını toplayan abituriyentlər arasında seçim aparılır. Nəticədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına daha yüksək balla qəbul olan gənclər Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mühəndislik-Komanda İnstitutunda təhsil almağa göndərilirlər. Təhsil aldıqları dövrdə həmin gənclərə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən aylıq təqaüd ödənilir

Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mühəndislik-Komanda İnstitutunu bitirən və hazırda Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində xidmət edən zabitlərin təsdiq etdikləri kimi onlar təhsil aldıqları dövrdə aylıq təqaüdlə tam təmin olunublar. 
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook