SON XƏBƏR

Naxçıvan Nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera ilə görüşüb - FOTO

Sentyabr 18
11:08 2020
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera ilə onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar görüşüb.
 
Görüşdə xanım Aymone Sessera təmsil etdiyi Komitənin Azərbaycan Respublikasında nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri xanım Ariane Baueri təqdim edib.
 
Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlıq və digər maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
 
Məlumatı Naxçıvan Nümayəndəliyi yayıb.
 
Qlobal.az
 

 

 

 

 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook